Ramil Usubov Göyçayda vətəndaşları qəbul edəcək

Ramil Usubov Göyçayda vətəndaşları qəbul edəcək Qəbulda Göyçay, Mingəçevir, Ağsu, Şamaxı, İsmayıllı, Yevlax, Ucar, Kürdəmir, Ağdaş şəhər və rayonlarının sakinlərini iştirak edəcək
Hadisə
159
8 Aprel , 2017 11:14
Ramil Usubov Göyçayda vətəndaşları qəbul edəcək

Bakı. 8 aprel. REPORT.AZ/ Daxili işlər naziri, general-polkovnik Ramil Usubov  aprelin 29-da Göyçayda vətəndaşları qəbul edəcək. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsində keçiriləcək qəbul saat 10:00-da başlayacaq.

Qəbulda Göyçay, Mingəçevir, Ağsu, Şamaxı, İsmayıllı, Yevlax, Ucar, Kürdəmir, Ağdaş şəhər və rayonlarının sakinlərini iştirak edəcək. Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və DİN-in səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər. Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Son xəbərlər

Orphus sistemi