Ramanada keçmiş məhkum söyüş üstündə boğazından bıçaqlanıb

Ramanada keçmiş məhkum söyüş üstündə boğazından bıçaqlanıb Yaralı xəstəxanaya yerləşdirilib
Hadisə
13 Noyabr , 2017 08:41
Ramanada keçmiş məhkum söyüş üstündə boğazından bıçaqlanıb

Bakı. 13 noyabr. REPORT.AZ/ Bakının Sabunçu rayonu ərazisində əvvəllər məhkumluq həyatı yaşamış şəxs söyüş söydüyünə görə boğazından bıçaqlanıb.

"Report" xəbər verir ki, 1964-cü il təvəllüdlü Babayev Nahid Şamil oğlu Ramana qəsəbəsində yerli sakini söyüb.

Nəticədə onların arasında dava düşüb. Bu zaman qarşı tərəf N.Babayevin boğazına bıçaqla zərbə vurub. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi