Ramanada avtomobil ağaca çırpıldı, xəsarət alanlar var

Ramanada avtomobil ağaca çırpıldı, xəsarət alanlar var Bu gecə Bakıda növbəti yol qəzası baş verib.
Hadisə
9 İyun , 2020 01:01
Ramanada avtomobil ağaca çırpıldı, xəsarət alanlar var

Bu gecə Bakıda növbəti yol qəzası baş verib.

“Report” xəbər verir ki, Ramana qəsəbəsi, Südçülük sovxozunda avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb.

Qəza nəticəsində 1985-ci il təvəllüdlü Nəcəfov Röyal Rizvan oğlu, 1993-cü il təvəllüdlü Kəngərli Turan Hakim oğlu və 1994-cü il təvəllüdlü Fərəcbəyli Tofiq Fərəc oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Röyal Nəcəfova sağ ayağın əziyi, Turan Kəngərliyə üzün sıyrıntısı və Tofiq Fərəcbəyliyə sol ayağın əzilmiş yarası diaqnozları qoyulub.

Son xəbərlər

Orphus sistemi