Azərbaycanda bank xəzinədarı yarım milyon manatdan çox pul mənimsəyib

Azərbaycanda bank xəzinədarı yarım milyon manatdan çox pul mənimsəyib Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir
Hadisə
2050
21 Aprel , 2021 15:05
Azərbaycanda bank xəzinədarı yarım milyon manatdan çox pul mənimsəyib

“Rabitəbank” ASC-nin Lənkəran rayon filialının xəzinədarı Sadıqzadə Cəfər Ceyhun oğlunun qanunsuz hərəkətləri barədə daxil olan müraciət əsasında Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılıb.

Bu barədə "Report"a Lənkəran Rayon Prokurorluğundan bildirilib.

Araşdırmalarla Cəfər Sadıqzadə tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə işlədiyi bankda ona etibar edilən kassadan ümumilikdə 563 min manat və 1 300 ABŞ dolları məbləğində maliyyə vəsaitini şəxsi ehtiyaclarına sərf etməklə mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

20 aprel 2021-ci il tarixdə Cəfər Sadıqzadə şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi