Qusardan Xaçmaza toya gedənlər qəzaya düşüblər, ölən və yaralanan var 

Qusardan Xaçmaza toya gedənlər qəzaya düşüblər, ölən və yaralanan var  Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
25 İyul , 2022 19:54
Qusardan Xaçmaza toya gedənlər qəzaya düşüblər, ölən və yaralanan var 

Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal bürosunun xəbərinə görə, "VAZ-2104" markalı minik avtomobili Xudat-Qusar yolunun Yalama kəndi ərazisində hərəkətdə olarkən sürücü idarəetməni itirib, maşın yoldan çıxaraq ağaca çırpılıb.

Hadisə zamanı avtomobildə olan Qusar rayon sakini 1976-cı il təvəllüdlü Asəf Şafi oğlu Hacıyev hadisə yerində ölüb.

Onun sərnişini 1975-ci il təvəllüdlü Ramiddin Yaramməd oğlu Tamazanov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

A.Hacıyevin meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi