Qusarda yol qəzası olub, 1 nəfər ölüb, 3-ü yaralanıb

Qusarda yol qəzası olub, 1 nəfər ölüb, 3-ü yaralanıb Bakı. 3 avqust. REPORT.AZ/ Qusar rayonunda yol qəzası baş verib.
Hadisə
3 Avqust , 2018 14:14
Qusarda yol qəzası olub, 1 nəfər ölüb, 3-ü yaralanıb
0 : 00
0 : 00

Bakı. 3 avqust. REPORT.AZ/ Qusar rayonunda yol qəzası baş verib. 

Daxili İşlər Nazirliyindən (DİN) "Report"a verilən məlumata görə, hadisə avqustun 2-də rayonun Xuray kəndi ərazisində qeydə alınıb. 

Belə ki, həmin kəndin sakini Novruz Babayev idarə etdiyi “Opel” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə sürücü hadisə yerində ölüb, 3 sərnişini xəstəxanaya yerləşdirilib.

Qusar Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi