Qusarda yanacaqdoldurma məntəqəsində yanğın hadisəsi baş verib - FOTO

Qusarda yanacaqdoldurma məntəqəsində yanğın hadisəsi baş verib - FOTO Alışma zamanı orda olan işçilər dərhal yanacaqdoldurma məntəqəsini tərk ediblər
Hadisə
30 Oktyabr , 2017 23:10
Qusarda yanacaqdoldurma məntəqəsində yanğın hadisəsi baş verib - FOTO
REPORT

Qusar. 30 oktyabr. REPORT.AZ/ Qusarda yanacaqdoldurma məntəqəsində yanğın hadisəsi baş verib.

"Report"un Şimal bürosunun məlumatına görə, "Pioner" adı ilə tanınan məntəqədə yanğın benzindoldurma kamerasından başlayıb.

Alışma zamanı orda olan işçilər dərhal yanacaqdoldurma məntəqəsini tərk etdiklərindən xəsarət alan olmayıb.

Yanacaqdoldurma məntəqəsinin sahibi hadisənin nədən baş verdiyini bilmir. Yanğın yerinə FHN-in Qusar Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Fakt araşdırılır.

Son xəbərlər

Orphus sistemi