Qusarda qeysəriyyə əməliyyatı keçirən qadın ay yarımdan sonra xəstəxanada ölüb

Qusarda qeysəriyyə əməliyyatı keçirən qadın ay yarımdan sonra xəstəxanada ölüb Qusarda xəstəxanada qeysəriyyə əməliyyatı keçirən qadın ay yarımdan sonra ölüb.
Hadisə
9 mart 2023 11:33
Qusarda qeysəriyyə əməliyyatı keçirən qadın ay yarımdan sonra xəstəxanada ölüb

Qusarda qeysəriyyə əməliyyatı keçirən qadın ay yarımdan sonra xəstəxanada ölüb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, cari il yanvarın 23-də “Qusar Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsinin ginekologiya və doğum şöbəsində qeysəriyyə əməliyyatı keçirən Aygün Nemətovanın martın 7-də həmin xəstəxananın reanimasiya şöbəsində ölməsi faktı ilə bağlı Qusar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə ibtidai istintaq davam edir.

Son xəbərlər

Orphus sistemi