Qusar rayonunda "təcili yardım" avtomobilində ölən şəxsin adı məlum olub.
Belə ki, kənd sakini Kamran Ələsgərovun səhhətinin pisləşməsi ilə əlaqədar təcili tibbi yardıma müraciət edilib.
Kamran Ələsgərov təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
*** 06:59
Qusar rayonunda xəstə Təcili Tibbi Yardım avtomobilində ölüb.
"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonunun Hil kəndində qeydə alınıb.
Belə ki, hələlik adı məlum olmayan şəxs üçün yaxınları tərəfindən "təcili yardım" çağırılıb.
Xəstənin vəziyyətinin ağır olduğunu bildirən həkimlər onun dərhal xəstəxanaya çatdırılmasını bildirilib. Xəstə "təcili yardım" avtomobilinə qoyulub və kəndin ərazisindən çıxmaış ölüb.