Qusarda vəzifəli şəxs avtomobilini gölə aşıraraq ölüb - YENİLƏNİB

Qusarda vəzifəli şəxs avtomobilini gölə aşıraraq ölüb - YENİLƏNİB Qusar. 9 noyabr. REPORT.AZ/ Qusar rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamnı ölən şəxsin adı məlum olub.
Hadisə
9 noyabr 2018 08:58
Qusarda vəzifəli şəxs avtomobilini gölə aşıraraq ölüb - YENİLƏNİB

Qusar. 9 noyabr. REPORT.AZ/ Qusar rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamnı ölən şəxsin adı məlum olub.

"Report"un Şimal bürosu xəbər verir ki, rayonun Həzrə kənd sakini Vəlixan Vəlixanov idarə etdiyi avtomobillə hərkətdə olan zaman idarəetməni itirib və avtomobili yolun kənarındakı gölə aşırıb. Nəticədə sürücü V.Vəlixanov ölüb, avtomobildə 3 sərnişin xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, V.Vəlixanov Qusar Rayon İcra Hakimiyyətinin Həzrə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsidir.

Faktla bağlı Qusar Rayon Prokurorluğunda araşdırma aparılır.


***10:23
Qusar. 9 noyabr. REPORT.AZ/ Qusar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Qusar-Həzrə yolunun 16-cı kilometrliyində, rayonun Yasab kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, gərəkətdə olan "Opel" markalı avtomobil idarəetmədən içıxıb və avtomobil yolun kənarındakı gölə aşırıb.

Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir. 

Son xəbərlər

Orphus sistemi