Qusarda turistlər qəzaya düşüb, yaralananlar var

Qusarda turistlər qəzaya düşüb, yaralananlar var Qusar rayonunda turistlər qəzaya düşüb.
Hadisə
11 Avqust , 2022 15:38
Qusarda turistlər qəzaya düşüb, yaralananlar var

Qusar rayonunda turistlər qəzaya düşüb.

"Report"un Şimal bürosunun xəbərinə görə, hadisə rayonun Şahdağ yolu ərazisində qeydə alınıb.

Belə ki, Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) vətəndaşının kirayə götürərək idarə etdiyi “Toyota Prius” markalı avtomobil idarəetmədən çıxaraq maneəyə çarpılıb. Nəticədə BƏƏ vətəndaşları - 1995-ci il təvəllüdlü Aldaşsari Masri Haqtan oğlu və onun həyat yoldaşı, 1993-cü il təvəllüdlü Alşuthaylan Shaykhan Shijaa qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hər iki yaralı Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi