Qusarda traktor kanala aşıb, sürücü boğularaq ölüb

Qusarda traktor kanala aşıb, sürücü boğularaq ölüb Qusar. 26 may. REPORT.AZ/ Qusar rayonunda traktor kanala aşıb, sürücü boğularaq ölüb.
Hadisə
26 May , 2018 12:22
Qusarda traktor kanala aşıb, sürücü boğularaq ölüb

Qusar. 26 may. REPORT.AZ/ Qusar rayonunda traktor kanala aşıb, sürücü boğularaq ölüb. 

"Report"un Şimal bürosu xəbər verir ki, hadisə rayonun Urva-Oba kəndi ərazisində baş verib.

Belə ki, rayonun Əvəcuq kənd sakini, 1984-cü il təvəllüdlü Dəyanət Kərim oğlu Nəbiyev idarə etdiyi traktoru Samur-Abşeron kanalına aşırıb. Hadisə zamanı traktorun sürücüsü D.Nəbiyev suda boğularaq ölüb. 

Traktorun və meyitin tapılması istiqamətində tədbirlər görülür.

Son xəbərlər

Orphus sistemi