Qusarda toy məclisində həmkəndlisini öldürən şəxsin məhkəməsində şahidlər dindirilib

Qusarda toy məclisində həmkəndlisini öldürən şəxsin məhkəməsində şahidlər dindirilib Bakı. 20 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Ramik Aydabəyovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
20 Noyabr , 2017 15:19
Qusarda toy məclisində həmkəndlisini öldürən şəxsin məhkəməsində şahidlər dindirilib

Bakı. 20 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Ramik Aydabəyovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində təqsirləndirilən şəxsin anası ifadə verib.

O bildirib ki, hadisədən sonra oğlu evə gəlib: "Mənə dedi ki, ana, Allaha yalvar, ona bir şey olmasın. Oğlumdan söhbətin kimdən getdiyini soruşduqda söylədi ki, İlqarı vurub. Ramik qeyd etdi ki, İlqar onu təhqir edib. Gəlinim də oturub ağlayırdı".

Şahid söyləyib ki, R.Aydabəyov hadisə zamanı sərxoş olub: "Həmin zaman onların hər ikisi toyda içiblər".

Daha sonra şahid qismində Rahil Məlikov dindirilib.

Şahid qismində Svetlana Aydabəyova ifadəsində söyləyib ki, təqsirləndirilən şəxsin həyat yoldaşıdır. O, hadisənin pul üstündə olduğunu deyib: "Pula görə həyat yoldaşımı təhqir edib. Hadisədən sonra Ramik evə gəlib, bu barədə mənə danışdı. Onun əlləri qanlı idi. Bizim mərhumun mağazasına borcumuz var idi".

Məhkəmədə təqsirləndirilən şəxsin atası Adil Aydabəyov da şahid qismində dindirilib. O söyləyib ki, mərhum İlqar Ulubəyovla kənddə qonşu olublar: "Münasibətlərimiz yaxşı olub. Onlara kömək etmək istəyirəm. Mən hadisədən sonra xəbər tutmuşam".

Proses davam etdiriləcək.

Qeyd edək ki, qətl hadisəsi bu il iyulun 5-də Qusarın Xürel kəndində keçirilən toy mərasimində baş verib. 46 yaşlı İlqar Aydəmir oğlu Ulubəyov həmkəndlisi, 35 yaşlı Ramik Adil oğlu Aydabəyovla yeyib-içərkən sözləri çəp gəlib. R.Aydabəyov stolun üstündəki şüşə butulkasını əvvəlcə sındırıb və sonra onun bir hissəsini İ.Ulubəyovun baş nahiyəsinə vurub. Boyun nahiyəsində şah, yuxu damarından xəsarət alan İ.Ulubəyov dərhal ətrafdakıların köməyilə saat 20 radələrində Qusar rayon mərkəzi xəstəxanasına aparılıb. Lakin xəstəxanaya çatmamış o, yolda qanaxmadan ölüb.

Qusarın hüquq-mühafizə orqanlarının ilkin məlumatına görə, hadisə zamanı ölən də, öldürən də sərxoş olublar.

Qusar polisinin isti izlərlə saxladığı R.Aydabəyov törətdiyi əməli etiraf edib.

Son xəbərlər

Orphus sistemi