Qusarda toy məclisində həmkəndlisini öldürən şəxsə hökm oxunub

Qusarda toy məclisində həmkəndlisini öldürən şəxsə hökm oxunub Bakı. 27 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Ramik Aydabəyovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
27 Noyabr , 2017 12:42
Qusarda toy məclisində həmkəndlisini öldürən şəxsə hökm oxunub

Bakı. 27 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Ramik Aydabəyovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə E.Aydabəyov 13 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl hadisəsi bu il iyulun 5-də Qusarın Xürel kəndində keçirilən toy mərasimində baş verib. 46 yaşlı İlqar Aydəmir oğlu Ulubəyov həmkəndlisi, 35 yaşlı Ramik Adil oğlu Aydabəyovla yeyib-içərkən sözləri çəp gəlib. R.Aydabəyov stolun üstündəki şüşə butulkasını əvvəlcə sındırıb və sonra onun bir hissəsini İ.Ulubəyovun baş nahiyəsinə vurub. Boyun nahiyəsində şah, yuxu damarından xəsarət alan İ.Ulubəyov dərhal ətrafdakıların köməyilə saat 20 radələrində Qusar rayon mərkəzi xəstəxanasına aparılıb. Lakin xəstəxanaya çatmamış o yolda qanaxmadan ölüb.

Mərhumun meyidi Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Qusar şöbəsinə gətirilib. Tibbi müayinə edildikdən sonra toya gəlib, ölüm xəbəri çıxan İ.Ulubəyovun meyidi ailəsinə təhvil verilib.

Qusarın hüquq-mühafizə orqanlarının ilkin məlumatına görə, hadisə zamanı ölən də, öldürən də sərxoş olublar. 

Qusar polisinin isti izlərlə saxladığı R.Aydabəyov törətdiyi əməli etiraf edib. Onu barəsində qəsdən adamöldürmə maddəsi ilə cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi