Yuxarı

Qusarda toy məclisində həmkəndlisini öldürən şəxs apellyasiya şikayəti verib

Qusarda toy məclisində həmkəndlisini öldürən şəxs apellyasiya şikayəti verib
Məhkəmənin növbəti iclası fevralın 2-nə təyin edilib

Bakı. 27 yanvar. REPORT.AZ/ Sumqayıt Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Ramik Aydabəyovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

“Report"un məlumatına görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası fevralın 2-nə təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi bu il iyulun 5-də Qusarın Xürel kəndində keçirilən toy mərasimində baş verib. 46 yaşlı İlqar Aydəmir oğlu Ulubəyov həmkəndlisi, 35 yaşlı Ramik Adil oğlu Aydabəyovla yeyib-içərkən sözləri çəp gəlib. R.Aydabəyov stolun üstündəki şüşə butulkasını əvvəlcə sındırıb və sonra onun bir hissəsini İ.Ulubəyovun baş nahiyəsinə vurub. Boyun nahiyəsində şah, yuxu damarından xəsarət alan İ.Ulubəyov dərhal ətrafdakıların köməyilə saat 20 radələrində Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Lakin xəstəxanaya çatmamış yolda qanaxmadan ölüb.

Mərhumun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə gətirilib. Tibbi müayinə edildikdən sonra toya gəlib ölüm xəbəri çıxan İ.Ulubəyovun meyiti ailəsinə təhvil verilib.

Qusarın hüquq-mühafizə orqanlarının ilkin məlumatına görə, hadisə zamanı ölən də, öldürən də sərxoş olublar.

Qusar polisinin "isti izlər"lə saxladığı R.Aydabəyov törətdiyi əməli etiraf edib. Onu barəsində qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Aydabəyov 13 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi