Qusarda qadın sürücünün iştirakı ilə yol qəzası baş verib

Qusarda qadın sürücünün iştirakı ilə yol qəzası baş verib Qəza zamanı 1 nəfər yaralanıb
Hadisə
6 Yanvar , 2017 23:38
Qusarda qadın sürücünün iştirakı ilə yol qəzası baş verib

Qusar. 6 yanvar. REPORT.AZ/ Qusar şəhərində qadın sürücünün iştirakı ilə yol qəzası baş verib.

"Report"un Şimal bürosu xəbər verir ki, qəza rayon sakini Rüxsarə Saruxanovanın idarə etdiyi "Honda" markalı avtomobil ilə Fərid Gülməmmədovun sürdüyü "VAZ 21 07"nin toqquşması nəticəsində qeydə alınıb.

Xanım sürücü qəzadan xətərsiz ötüşsə də, Fərid Gülməmmədov müxtəlif dərəcəli xəsarətlərlə Qusarın özəl klinikasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi