​Qusarda saxta pul əskinasları satan şəxs saxlanılıb

​Qusarda saxta pul əskinasları satan şəxs saxlanılıb Ondan 12 ədəd 100 manatlıq və 5 ədəd 50 manatlıq saxta əskinas götürülüb
Hadisə
109
16 Aprel , 2016 13:01
​Qusarda saxta pul əskinasları satan şəxs saxlanılıb

Bakı. 16 aprel. REPORT.AZ/ Qusarda saxta pul əskinasları satanlar saxlanılıb. "Report" xəbər verir ki, Qusar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 14-də Hacı Kərəmova saxta 50 manatlıq əskinas verən şəhər sakini Şahin Əfəndiyev tutulub.

Onun saxta pulu həmyerlisi Samir Soltanovdan alması müəyyən edilib. Həyata keçirilən tədbirlərlə S.Soltanov da tutulub, ondan 12 ədəd 100 manatlıq və 5 ədəd 50 manatlıq saxta əskinas (rəngli kserokopiyadan çıxma) götürülüb.

Son xəbərlər

Orphus sistemi