Qusarda qızını zəhərləyib öldürən qadına hökm oxunub

Qusarda qızını zəhərləyib öldürən qadına hökm oxunub Bu il iyunun 14-də Luiza Saypullayeva ölmüş vəziyyətdə xəstəxanaya gətirilib
Hadisə
8 Noyabr , 2017 17:39
Qusarda qızını zəhərləyib öldürən qadına hökm oxunub

Bakı. 8 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 5 yaşlı qızını südə zəhər qataraq öldürməkdə təqsirləndirilən Gülnarə Saypullayevanın məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

G.Saypullayeva 17 il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, bu il iyunun 14-də Qusar rayonunun Hil kəndindən 5 yaşlı Luiza Saypullayeva ölmüş vəziyyətdə xəstəxanaya gətirilib. Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən aparılan araşdırmalarla uşağın anası G.Saypullayeva tərəfindən südünə zəhər qatılmaqla qəsdən öldürülməsi müəyyən edilib.

G.Saypullayeva şübhəli şəxs qismində tutulub.

Son xəbərlər

Orphus sistemi