Qusar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları velosiped və moped istifadəçilərinin yol hərəkəti qaydalarına riayət etməsi üçün maarifləndirmə məqsədli profilaktik tədbir keçiriblər.
Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Quba regional qrupundan məlumat verilib.
Bildirilib ki, təhlükəsizlik dəbilqəsindən istifadən etməyən, həmçinin digər qayda pozuntularına yol verən şəxslərlə söhbətlər aparılıb.
Tədbirin keçirilməsində əsas məqsəd gələcəkdə velosipedçilərin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısını almaqdır.