Qusarda qanunsuz fəaliyyət göstərən onlayn qumarxana aşkarlanıb

Qusarda qanunsuz fəaliyyət göstərən onlayn qumarxana aşkarlanıb Cinayət işi başlanılıb
Hadisə
3 Noyabr , 2016 12:17
Qusarda qanunsuz fəaliyyət göstərən onlayn qumarxana aşkarlanıb

Bakı. 3 noyabr. REPORT.AZ/ Azərbaycan xalqının mənəviyyatına və adət-ənənələrinə zidd əxlaqi keyfiyyətlər aşılayan, internet şəbəkəsi vasitəsi ilə onlayn şəkildə təşkil olunan qumarxana, totalizator, qanunsuz pul uduşu oyunları keçirilən obyektlərin və əyləncə yerlərinin fəaliyyətinin qarşının alınması istiqamətində daxili işlər orqanları tərəfindən mütəmadi olaraq məqsədyönlü şəkildə kompleks əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Report"a bildirilib ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Qusar rayonu ərazisində yerləşən çay evlərindən birində qanunsuz onlayn qumar oyunlarının təşkil edilməsi barədə əməliyyat məlumatı daxil olub.

Qeyd edilən obyektdə keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində çay evində qanunsuz onlayn qumar oyunları təşkil edən Qusar sakinləri Zakir Hafizov, Əfqan Pirmuradov və Elmar Muradov saxlanılıb. Həmçinin həmin obyektdə qumar oynayan daha 3 vətəndaş müəyyən edilərək barələrində qanuna müvafiq tədbir görülüb.

Çay evinə baxış keçirilən zaman mərc və qumar oyunlarında istifadə edilən maddi sübutlar, müştərilən tərəfindən oynanılan uduşlu kuponlar, xüsusi online qumar proqramlarında qeydiyyatdan keçmək üçün istifadə olunan elektron avadanlıqlar, eləcə də iş üçün maraq kəsb edən digər əşyalar aşkar edilərək götürülüb.

Qeyd edilən fakta bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi