Qusarda ölümlə nəticələnən yol qəzası baş verib

Qusarda ölümlə nəticələnən yol qəzası baş verib ​Faktla bağlı araşdırma aparılır
Hadisə
28 Mart , 2016 11:20
Qusarda ölümlə nəticələnən yol qəzası baş verib

Bakı. 28 mart. REPORT.AZ/ Qusar rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. "Report" xəbər verir ki, hadisə rayonun Çiləgir kəndində qeydə alınıb. Belə ki, həmin kəndin sakini İlqar Şahbazov idarə etdiyi "KİA" markalı avtomobilli yolun kənarındakı ağaca vurub. Hadisə zamanı avtomobildə olan sərnişin, sürücünün atası Mehdi Şahbazov hadisə yerində dünyasını dəyişib, sürücü İ.Şahbazov isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. 
Faktla bağlı Qusar Rayon Polis Şöbəsində (RPŞ) araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi