Yuxarı

Qusarda oğurluq hadisəsi baş verib

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətmiş şəhər sakini tutulub

Bakı. 21 dekabr. REPORT.AZ/ Qusar rayonunda oğurluq hadisəsi baş verib.

“Report”un xəbərinə görə, rayon sakini Rizvan Əfəndiyevə məxsus evdən qızıl əşyalar oğurlanması barədə Qusar Rayon Polis Şöbəsinə (RPŞ) məlumat verilib. Qusar RPŞ-nin  əməkdaşları tərəfindən məlumatla bağlı aparılmış araşdırma zamanı naməlum şəxsin onun evinə girərək oğlu Abdulheyə zor tətbiq edib oradan 720 manat və qızıl əşyalar aparması müəyyən edilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətmiş şəhər sakini Anar Məhərrəmov tutulub.
Faktla bağlı araşdırmalar davam etdirilir.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi