Qusarda narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxs saxlanılıb

Qusarda narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxs saxlanılıb Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb
Hadisə
19 İyul , 2017 11:12
Qusarda narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxs saxlanılıb
DİN

Bakı. 19 iyul. REPORT.AZ/ Qusar Rayon Polis Şöbəsi (RPŞ) Şahdağ Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışının qarşısının alınması istiqamətində əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Şahdağ PB-nə daxil olan məlumat əsasında həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Xudat şəhər sakini əvvəllər məhkum olunan Camo Harunov şübhəli şəxs qismində saxlanılıb.

Onun üzərinə hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman bir ədəd kibrit qutusunun içində ümumi çəkisi 6,170 qram olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq bölmə əməkdaşları tərəfindən C.Harunovun idarə etdiyi “Opel” markalı avtomobilə də baxış keçirilib. Nəqliyyat vasitəsinin yük yerindən isə əlavə olaraq 295 qram marixuana aşkar edilib. Saxlanılan şəxs ifadəsi zamanı narkotik vasitələrin alqı-satqısı ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi