Yuxarı
    Bağlamaq

    Qusarda keçmiş məhkumu boğaraq öldürməkdə təqsirləndirilən şəxslər özlərini təqsirli biliblər

    Məhkəmənin növbəti iclası noyabrın 11-nə təyin olunub

    Bakı. 28 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qusarda münaqişə zəminində keçmiş məhkumu boğaraq öldürməkdə təqsirləndirilən İmran Bədirovun və Sadiq Əmiraslanovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

    “Report”un məlumatına görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

    Təqsirləndirilən şəxsin hər ikisi özlərini günahkar bildiklərini deyiblər.

    Hakim qeyd edib ki, zərərçəkmişin hüquqi varisi məhkəmədə iştirak etmədiyi üçün təqsirləndirilən şəxslərin ifadələri növbəti prosesə saxlanılacaq.

    Məhkəmənin növbəti iclası noyabrın 11-nə təyin olunub.

    Qeyd edək ki, hadisə bu ilin iyun ayının 24-də Qusar rayonunun Kuzun-qışlaq kəndində baş verib. Belə ki, Qusar şəhər sakini, əvvəllər məhkum olunan Əzizulla Məmmədovun üzərində zorakılıq əlamətləri olan (boğulma üçün xarakterik) meyiti tapılıb.

    Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən rayon sakinləri İ.Bədirov və S.Əmiraslanov tutulublar.

    Onlar Cinayət Məcəlləsinin 120.2.1-ci (qəsdən adam öldürmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs) maddəsi ilə ittiham olunurlar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi