Qusarda karantini pozan oyun zalının sahibi və müştəriləri cərimələndi

Qusarda karantini pozan oyun zalının sahibi və müştəriləri cərimələndi Qusarda karantin qaydalarını pozan oyun zalı aşkar edilib.
Hadisə
16 Dekabr , 2020 14:49
Qusarda karantini pozan oyun zalının sahibi və müştəriləri cərimələndi

Qusarda karantin qaydalarını pozan oyun zalı aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan "Report"a verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisində xidmət aparan zaman karantin qaydalarını pozaraq fəaliyyət göstərən oyun zalı aşkarlayıblar.

Obyektə baxış zamanı 7 nəfər müştərinin xüsusi karantin qaydalarını pozaraq oyun zalında olduqları müəyyən edilib. Obyektin sahibi Yarəhməd Pənahov və müştərilər saxlanılaraq RPŞ-nə gətiriliblər.

Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə olunublar.

Son xəbərlər

Orphus sistemi