​Qusarda inzibati bina, Daşkəsəndə isə ev yanıb

​Qusarda inzibati bina, Daşkəsəndə isə ev yanıb Sənədlər və seyf yanğından mühafizə olunub
Hadisə
26 Mart , 2015 08:25
​Qusarda inzibati bina, Daşkəsəndə isə ev yanıb

Bakı. 26 mart. REPORT.AZ/ Gecə saatlarında respublikanın bölgələrində - Daşkəsəndə və Qusarda yanğın hadisələri baş verib.

"Report" xəbər verir ki, Daşkəsən rayonunun Qazaxyolçular kəndində vətəndaşa məxsus ikimərtəbəli 7 otaqlı evin ikinci mərtəbəsində 5 otağın yanar konstruksiyaları və evə bitişik talvarın yanar konstruksiyaları yanıb.

Qusar rayonunun Köhnə Xudat kəndində isə 3 otağlı inzibati binanın yanar konstruksiyaları və əşyaları yanıb. Sənədlər və seyf yanğından mühafizə olunub.

Yanğın hər iki halda yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi