​Qusarda həmyerlisini öldürən şəxsə 20 il həbs cəzası verilib

​Qusarda həmyerlisini öldürən şəxsə 20 il həbs cəzası verilib Hakim Əlisoltan Osmanovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub
Hadisə
9 Mart , 2016 15:56
​Qusarda həmyerlisini öldürən şəxsə 20 il həbs cəzası verilib

Bakı. 9 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Rəşad Abdulrəhimovun cinayət işi üzrə məhkəmə başa çatıb.

"Report"un məlumatına görə, hakim Əlisoltan Osmanovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Məhkəmənin hökmüylə R.Abdulrəhimov 20 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl hadisəsi ötən il Qusar şəhərində baş verib. Qusar rayon sakini Şahin Niftəliyevin evinə gəlmiş tanışı və həmyerlisi Rəşad Abdulrəhimov münaqişə zəminində ona bıçaqla xəsarət yetirib. O, daha sonra həmin evdə kirayədə yaşayan həmyerlisi Zibeydə Hacıbəyovanı itələyərək yıxıb. Ş.Niftəliyev hadisə yerində ölüb, Z.Hacıbəyova isə xəstəxanaya yerləşdirilib. Qusar Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Abdulrəhimov tutulub.

O, Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib.

Son xəbərlər

Orphus sistemi