​Qusarda həmyerlisini öldürən şəxs apellyasiya məhkəməsinə müraciət edib

​Qusarda həmyerlisini öldürən şəxs apellyasiya məhkəməsinə müraciət edib Sumqayıt Apellyasiya Məhkəməsində keçiriləcək iclas iyunun 7-də təyin olunub
Hadisə
25 May , 2016 09:17
​Qusarda həmyerlisini öldürən şəxs apellyasiya məhkəməsinə müraciət edib

Bakı. 25 may. REPORT.AZ/ Qusar rayonunda qətl törətməkdə təqsirləndirilən Rəşad Abdulrəhimov barəsində olan hökmdən apellyasiya şikayəti verib.

"Report"un məlumatına görə, Sumqayıt Apellyasiya Məhkəməsində keçiriləcək iclas iyunun 7-də təyin edilib.

İşə hakim Nazim Mövsümovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, qətl hadisəsi ötən il Qusar rayonunun Tofiq İsmayılov küçəsindəki, 75 saylı evdə baş verib. Qusar rayon sakini Şahin Niftəliyevin evinə gəlmiş tanışı və həmyerlisi R.Abdulrəhimov münaqişə zəminində ona bıçaqla xəsarət yetirib. Bu zaman həmin ünvanda kirayədə yaşayan Zibeydə Hacıbəyova onları ayırmaq istəsə də R.Abdulrəhimov onu itələyərək, ev sahibinə xəsarət yetirməkdə davam edib. Nəticədə aldığı zərbələrdən Ş.Niftəliyev yerindəcə keçinib. Hadisəni törədən R.Abdulrəhimov onları ayırmaq istəyən Z.Hacıbəyovaya da xəsarət yetirib. Qadın rayon mərkəzi xəstəxanasında ilk tibbi yardımdan sonra evə buraxılıb. Qusar Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Abdulrəhimov tutulub.

O, Cinayət Məcəlləsinin 177.1-ci (oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama), 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29, 120.2.3-cü (qəsdən adam öldürməyə cəhd, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd) və 120.2.7-ci (qəsdən adam öldürməyə cəhd, iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham olub.

Bu il mart ayının Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü ilə R.Abdulrəhimov 20 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edib.

Son xəbərlər

Orphus sistemi