Qusarda güclü yanğın olub

Qusarda güclü yanğın olub Qusar rayonunun İmanqulukənd kəndində güclü yanğın olub.
Hadisə
17 Avqust , 2022 23:33
Qusarda güclü yanğın olub

Qusar rayonunun İmanqulukənd kəndində güclü yanğın olub.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, fındıq bağının ərazisində 1 ha sahədə quru ot və 40 ədəd ağac qismən, bələdiyyəyə aid ərazidə 6 ha sahədə biçilmiş taxıl sahəsi, Meşə təsərrüfatı mərkəzinə aid ərazidə 2 ha sahədə quru ot və qurumuş ağac kötükləri yanıb.

Meşə zolağı yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi