Qusarda gənc oğlan itkin düşdü

Qusarda gənc oğlan itkin düşdü Qusarda gənc oğlanın itkin düşməsi barədə Qusar Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Hadisə
11 Mart , 2020 09:32
Qusarda gənc oğlan itkin düşdü
google.az

Qusarda gənc oğlanın itkin düşməsi barədə Qusar Rayon Polis Şöbəsinə məlumat daxil olub.

“Report”un xəbərinə görə, rayonun Gedəzeyxur kənd sakini Raizat Ulubəyova polisə müraciət edərək bildirib ki, nəvəsi, 2002-ci il təvəllüdlü Robert Mustafayev fevralın 20-də yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib.

Martın 10-da isə R.Mustafayev Bakı Beynəlxalq Avtovağzalında mühafizə növbətçisində işləyən şəxsin mobil telefonu ilə Qusar rayonunda onlardan ayrı yaşayan anası Ofelya Şükürovanın telefonuna zəng vurub. O, anasına vəziyyətin yaxşı olduğunu, heç bir problemin olmadığını və rayona qayıdacağını deyib. Lakin R.Mustafayev hələ də evlərinə geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi