Qusarda evlərdən oğurluq etməkdə təqsirləndirilən dəstə üzvlərinin məhkəməsi başlayıb

Qusarda evlərdən oğurluq etməkdə təqsirləndirilən dəstə üzvlərinin məhkəməsi başlayıb Bakı. 5 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq və quldurluqda təqsirləndirilən Marat Əlirzayev, Rəşad Tahirov, Seymur Seyidov, Fərrux Yarəliyev və Alim Balabəyovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
5 Dekabr , 2018 17:52
Qusarda evlərdən oğurluq etməkdə təqsirləndirilən dəstə üzvlərinin məhkəməsi başlayıb
0 : 00
0 : 00

Bakı. 5 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq və quldurluqda təqsirləndirilən Marat Əlirzayev, Rəşad Tahirov, Seymur Seyidov, Fərrux Yarəliyev və Alim Balabəyovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə elan olunub ki, təqsirləndirilən şəxslərdən R.Tahirovla S.Seyidovun barəsində həbs qətimkan tədbiri seçilməyib.

Məhkəmənin baxış iclası dekabrın 14-nə təyin edilib.

Qeyd edək ki, hadisə Qusar rayonunda baş verib. Rəsmi məlumata əsasən, M.Əlirzayev, R.Tahirov, S.Seyidov, F.Yarəliyev və A.Alabəyov rayonun Yeni Həyat kəndində 3 evdən 200 ABŞ dolları, 3000 rubl və 2250 manat pul, habelə məişət əşyaları oğurlayıblar.

Qusar rayon Polis şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində həmin şəxslər saxlanılıb.

Araşdırma zamanı onların quldurluq əməli də törətdiyi məlum olub.

Son xəbərlər

Orphus sistemi