Yuxarı

Qusarda evdən yanmış kişi meyiti tapılıb - YENİLƏNİB

Qusarda evdən yanmış kişi meyiti tapılıb - YENİLƏNİB

Qusar. 27 oktyabr. REPORT.AZ/ Qusar rayonunda yaşadığı evdən meyiti tapılan şəxsin kimliyi məlum olub.

"Report"un Şimal bürosunun məlumatına görə, rayonun Qayakənd kənd sakini, 1964-cü il təvəllüdlü Bəhram Mahmudovun meyiti yanmış vəziyyətdə aşkar olunub. 

Onun bir neçə gün əvvəl yanaraq öldüyü ehtimal edilir.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəliblər. Meyit Səhiyyə Nazirliyyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə yerləşdirilib. 

Faktla bağlı Qusar Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.


***9:12

Qusar. 27 oktyabr. REPORT.AZ/ Qusar rayonunda fərdi yaşayış evindən kişi meyiti tapılıb. 

"Report"un yerli bürosu xəbər verir ki, hadisə rayonun Qayakənd kəndi ərazisində baş verib. 

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan orta yaşlı kiuşinin yaşadığı evdən yanmış meyiti aşkarlanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi