Yuxarı
    Bağlamaq

    Qusarda dövlət sərhədini pozaraq hüquq mühafizə orqanları əməkdaşlarına atəş açan şəxs zərərsizləşdirilib

    Faktla bağlı Qusar rayon prokurorluğunda müvafiq araşdırmalar aparılır

    Bakı. 2 may. REPORT.AZ/ Mayın 1-də saat 21:30 radələrində Qusar rayonunun Yuxarı Zeyxur kəndi ərazisində meşə massivində 1 nəfər silahlı şəxsin Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini pozmağa cəhd göstərməsi müəyyən edilib.

    Qusar Rayon Prokurorluğundan “Report”a verilən məlumata görə, saxlanılması ilə bağlı qanuni tələblərə tabe olmayan sərhəd pozucusu 1991-ci il təvəllüdlü Elvin Məmmədyarov hüquq mühafizə orqanları əməkdaşlarına atəş açaraq silahlı müqavimət göstərib, cavab tədbiri olaraq xidməti silahdan istifadə olunmaqla zərərsizləşdirilib.

    Faktla bağlı Qusar rayon prokurorluğunda müvafiq araşdırmalar aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi