Qusar. 26 yanvar. REPORT.AZ/ Qusar rayonunda 25 yaşlı gənc intihara cəhddən dörd gün sonra yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.
"Report"un Şimal bürosu xəbər verir ki, 1992-ci il təvəllüdlü Xaçmaz rayon sakini Rahir Babayev yanvarın 22-də Qusar şəhərinin çayın sağ sahili adlanan ərazisində özünü zibillik ərazisində asmağa cəhd göstərərkən qohumları tərəfindən xilas edilərək Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ancaq həkimlərin səylərinə baxmayaraq, R.Babayevin həyatını xilas etmək mümkün olmayıb və o, bu gün xəstəxananın reanimasiya şöbəsində keçinib. Meyit Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə aparılıb.
Faktla bağlı Qusar Rayon Prokurorluğunda cinayət işi başlanıb.