Qusarda dirəyə çırpılan avtomobilin sərnişini öldü

Qusarda dirəyə çırpılan avtomobilin sərnişini öldü Qusar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
129
20 Aprel , 2020 12:49
Qusarda dirəyə çırpılan avtomobilin sərnişini öldü

Qusar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə aprelin 19-da saat 23 radələrində Həsənqala kəndi ərazisində baş verib.

Kənd sakini B.Mustafayev idarə etdiyi “NAZLifan” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub.

Nəticədə avtomobildəki sərnişin - Balaqusar kənd sakini Taləddin Musayev hadisə yerində ölüb.

Hadisə ilə bağlı Qusar Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi