Qusarda baş verən ana ölümü ilə bağlı cinayət işi başlanılıb

Qusarda baş verən ana ölümü ilə bağlı cinayət işi başlanılıb Quba rayon prokurorluğunda müvafiq araşdırmalar aparılıb
Hadisə
5 Noyabr , 2014 13:09

Bakı. 5 noyabr. REPORT.AZ/ Qusar rayonunun Hil-oba kənd sakini Zərnişan Aslanovanın ölümüylə bağlı cinayət işi başlanılıb. Bu barədə "Report"a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat daxil olub. Məlumata görə, Quba Rayon Perinatal Mərkəzində Zərnişan Aslanovanın doğuşdan sonra vəfat etməsi ilə əlaqədar Quba rayon prokurorluğunda müvafiq araşdırmalar aparılıb.

İlkin araşdırmalarla müəyyən edilib ki, Zərnişan Aslanova oktyabrın 23-də “39 həftəlik hamiləlik, baş gəlişi yalançı doğuş sancısı” diaqnozu ilə Perinatal Mərkəzə daxil olub. Noyabrın 2-də saat 23:20-də oğlan uşağı dünyaya gətirib. Həmin gün saat 23:35-də baş vermiş qanaxma ilə əlaqədar əməliyyat edilmiş, ancaq göstərilən tibbi yardımlara baxmayaraq ertəsi gün saat 15:50-də vəfat edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmişdir.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi