Qusar. 27 iyul. REPORT.AZ/ Qusarda minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb.
"Report"un Şimal bürosunun verdiyi məlumata görə, Qusar rayonunun Həzrə kəndi yolunda 1985-ci il təvəllüdlü Habil Çərkəz oğlu Şalbuzovun idarə etdiyi minik avtomobili qəzaya uğrayıb.
Yoldan keçən digər sürücünün Təcili Tibbi Yardıma zəng etməsindən sonra xəsarət alan sürücü H.Şalbuzov Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona sağ çiyinin və qabırğanın əzilməsi diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.