Qusarda 39 yaşlı kişi özünü asıb

Qusarda 39 yaşlı kişi özünü asıb Faktla bağlı cinayət işi başlanılıb
Hadisə
24 Noyabr , 2016 19:58
Qusarda 39 yaşlı kişi özünü asıb

Bakı. 24 noyabr. REPORT.AZ/ Qusar rayonunda intihar hadisəsi baş verib. 

"Report"un Şimal bürosu xəbər verir ki, rayonun Urva kənd sakini, 39 yaşlı Azər Laçınov özünü yaşadığı evdə asıb. 

Belə ki, ailə üzvləri onun tavandan asılmış meyitini aşkar ediblər. 

Qusar Rayon Prokurorluğundan A.Laçınovun tufeyli həyat tərzi keçirdiyini bildiriblər.  

Faktla bağlı Qusar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.

Son xəbərlər

Orphus sistemi