Qusarda 3 ay əvvəl itkin düşən qadın Abşeronda tapılıb

Qusarda 3 ay əvvəl itkin düşən qadın Abşeronda tapılıb Qusar. 24 fevral. REPORT.AZ/ Qusar rayonunda 3 ay əvvəl itkin düşən qadın tapılıb. 
Hadisə
24 Fevral , 2018 11:58
Qusarda 3 ay əvvəl itkin düşən qadın Abşeronda tapılıb

Qusar. 24 fevral. REPORT.AZ/ Qusar rayonunda 3 ay əvvəl itkin düşən qadın tapılıb. 

"Report"un Şimal bürosu xəbər verir ki, rayonun Qullar kənd sakini, 29 yaşlı Rəna Mehdiyeva ötən il noyabrın 25-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Bundan narahat olan ailəsi onun tapılması üçün Qusar Rayon Polis Şöbəsinə müraciət edib.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Mehdiyeva Abşeron rayonunun Xırdalan şəhəri ərazisində tapılaraq ailəsinə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi