Qusarda 18 yaşlı oğlan su kanalında boğulub

Qusarda 18 yaşlı oğlan su kanalında boğulub Faktla bağlı Rayon Prokurorluğunda araşdırma aparılır
Hadisə
17 İyul , 2017 12:34
Qusarda 18 yaşlı oğlan su kanalında boğulub

Qusar. 17 iyul. REPORT.AZ/ Qusar sakini su kanalında çimərkən boğulub.

“Report”un Şimal bürosunun verdiyi məlumata görə, rayonun Hil kənd sakini 18 yaşlı Akif Abbasəli oğlu Allahyarov Xan arxında çimərkən boğularaq ölüb.

Onun meyiti kanaldan çıxarılıb.

Hadisə yerinə Qusar rayon Prokurorluğunun əməkdaşları cəlb olunub. Meyit Qusar Mərkəzi Rayon Xəstəxanasının morquna gətirilib.

Faktla bağlı Qusar Rayon Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi