Qusarda 14 yaşlı yeniyetməni elektrik cərəyanı vuraraq öldürüb - FOTO - RƏSMİ

Qusarda 14 yaşlı yeniyetməni elektrik cərəyanı vuraraq öldürüb - FOTO - RƏSMİ Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) Qusar rayonunda 14 yaşlı yeniyetmənin transformatorda meyitinin tapılması ilə bağlı birgə məlumat yayıb.
Hadisə
284
3 Fevral , 2020 18:24

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) Qusar rayonunda 14 yaşlı yeniyetmənin transformatorda meyitinin tapılması ilə bağlı birgə məlumat yayıb.

Baş Prokurorluqdan "Report"a verilən məlumatda bildirilir ki, fevralın 1-də itkin düşmüş Qusar rayonu Bədirqala kənd sakini, 2006-cı il təvəllüdlü Əmrah Əmrahovun axtarılıb tapılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində onun meyiti fevralın 3-ü saat 16 radələrində yaşadığı evdən təxminən 1 km kənarda fərdi təsərrüfata aid sahədə yüksək gərginlikli transformator otağında aşkar edilib.

"Prokurorluq və polis əməkdaşları dərhal hadisə yeri və meyitə “Azərişıq” ASC-nin səlahiyyətli nümayəndələrinin, məhkəmə-tibbi ekspertinin iştirakı ilə baxış keçirib. İlkin məlumata görə, mərhumun ölümünə səbəb elektrik cərəyanı vurması olub. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzrə bütün halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir", - məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi