Qusarda 12 baş iribuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıb

Qusarda 12 baş iribuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıb Qusar Rayon Polis Şöbəsinə rayonun Ləzə kəndində yerləşən yaylaq sahəsindən 12 baş iribuynuzlu heyvanın itməsi barədə məlumat daxil olub.
Hadisə
13 Dekabr , 2023 14:33
Qusarda 12 baş iribuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıb

Qusar Rayon Polis Şöbəsinə rayonun Ləzə kəndində yerləşən yaylaq sahəsindən 12 baş iribuynuzlu heyvanın itməsi barədə məlumat daxil olub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Qobustan rayon sakini Asif Binyətov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi