Qusar sakinində narkotik aşkarlandı

Qusar sakinində narkotik aşkarlandı Qusar rayon sakinindən narkotik götürülüb.
Hadisə
10 Mart , 2021 12:48
Qusar sakinində narkotik aşkarlandı

Qusar rayon sakinindən narkotik götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba rayonunda regional qrupundan "Report"a verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin satışında şübhəli bilinən Fateh Qədimov şəxs saxlanılıb.

Hal şahidlərinin iştirakı ilə onun yaşadığı evə keçirilən baxış zamanı oradan kibrit qutularında və sellofan torbalarda ümumi çəkisi 480 qram olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Dindirilmə zamanı F.Qədimov narkotik vasitənin satışı ilə məşğul olduğunu etiraf edib.

Qeyd olunan faktla bağlı Qusar RPŞ-də araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi