Qusar sakini donaraq ölüb - YENİLƏNİB

Qusar sakini donaraq ölüb - YENİLƏNİB Faktla bağlı araşdırma aparılır
Hadisə
24 Noyabr , 2016 17:24
Qusar sakini donaraq ölüb - YENİLƏNİB


İlk xəbər 17:01-də verilib.

Qusar. 24 noyabr. REPORT.AZ/ Qusar rayonunda kişi meyiti tapılıb. 

“Report”un Şimal bürosu xəbər verir ki, meyitin rayonun Cibir kənd sakini, 45 yaşlı Mehdi Şeydayevə məxsus olduğu müəyyənləşib. 

Onun meyiti bu gün səhər yaşadığı kənddə nohur kənarında tapılıb. Ailə üzvlərinin dediyinə görə, mərhum axşam saatlarında evdən çıxıb, amma geri qayıtmayıb.

Hadisə yerinə gələn polis və prokurorluq əməkdaşları M.Şeydayevin şaxtadan donaraq ölməsi qənaətinə gəliblər.

Faktla bağlı Qusar Rayon Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi