Qusar rayonunda avtoqəza baş verib: sürücü ölüb, sərnişinlər ağır yaralanıb

Qusar rayonunda avtoqəza baş verib: sürücü ölüb, sərnişinlər ağır yaralanıb "Niva" markalı avtomobil körpüdən aşıb
Hadisə
3 İyul , 2017 16:10
Qusar rayonunda avtoqəza baş verib: sürücü ölüb, sərnişinlər ağır yaralanıb
Report.az

Bakı. 3 iyul. REPORT.AZ/ Qusar rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

"Report"un Şimal bürosu xəbər verir ki, hadisə Qusarın Kuzun kəndində baş verib.

Belə ki, kənd ərazisində "Niva" markalı avtomobil körpüdən aşıb. Nəticədə "Niva"da olan 2 sərnişin ağır yaralanıb. Avtomobili idarə edən Qusar sakini Zahid Əzizov hadisə yerində ölüb. 

Yaralılar Əbilşah Balamətov və sürücünün həyat yoldaşı Nəzifə Əzizova olub. Yaralılar dərhal Qusar Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Qusar hüquq mühafizə orqanlarında araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi