Polis Qusarda profilaktik tədbirləri davam etdirir

Polis Qusarda profilaktik tədbirləri davam etdirir Qusar Rayon Polis Şöbəsinin əməkdaşları Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun genişmiqyaslı tədbirlərin həyata keçirilməsi istiqamətində gücləndirilmiş iş rejimində çalışır.
Hadisə
2 Aprel , 2020 19:00
Polis Qusarda profilaktik tədbirləri davam etdirir

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun genişmiqyaslı tədbirlərin həyata keçirilməsi istiqamətində gücləndirilmiş iş rejimində çalışır.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan "Report"a verilən məlumata görə, xüsusi karantin rejimi çərçivəsində qoyulan məhdudiyyətlərlə bağlı olaraq rayonun giriş və çıxışlarında yaradılmış müvəqqəti postlarda sürücülər saxlanılır və sakini olduğu rayonlara yönləndirilirlər.

Bundan əlavə, şöbə əməkdaşları tərəfindən mütəmadi olaraq rayon sakinləri ilə profilaktik söhbətlər aparılaraq onlara infeksiyanın yayılmasının qarşısının alınması istiqamətində tətbiq olunan qaydalar izah olunur, yaşı 65-dən yuxarı insanların çölə çıxmamaları qadağası barədə məlumat verilir.

Son xəbərlər

Orphus sistemi