Bakıda “Quli” ləqəbi ilə tanınan narkotacir saxlanılıb

Bakıda “Quli” ləqəbi ilə tanınan narkotacir saxlanılıb Paytaxtda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılaraq, istintaqa cəlb edilib
Hadisə
1839
28 İyul , 2020 15:20
Bakıda “Quli” ləqəbi ilə tanınan narkotacir saxlanılıb

Bakıda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılaraq istintaqa cəlb edilib. 

"Report"un xəbərinə görə, Səbail Rayon Polis İdarəsinin Narkotiklə Mübarizə Bölməsi və 8-ci Polis Bölməsinin əməkdaşları birgə əməliyyat keçiriblər.

Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar aləmdə “Quli” ləqəbi ilə tanınan Ağaqulu Əzizovun üzərindən 11 bükümdə, ümumi çəkisi 5,180 qram çəkidə marixuna aşkar olunaraq götürülüb. 

Şübhəli şəxs ətrafında davam etdirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən 2 ədəd sellofanda qablaşdırılmış, ümumi çəkisi 3 kq 485 qram narkotik vasitə olan marixuna aşkarlanıb. 

Faktla bağlı Səbail RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb, əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi