Quldurluqda təqsirləndirilən şəxsə hökm oxunub

Quldurluqda təqsirləndirilən şəxsə hökm oxunub O, 8 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
22 Avqust , 2016 17:19
Quldurluqda təqsirləndirilən şəxsə hökm oxunub

Bakı. 22 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Ceyhun Rzayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə C.Rzayev 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu il aprel ayında Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Nəsimi rayonunda yerləşən mağazalardan birindən oğurluq edən paytaxt sakini C.Rzayev saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, C.Rzayevin oğurluq etməsi obyektin mühafizəçisinin diqqətindən yayınmayıb. Bu səbəbdən saxlanılan şəxs hadisə zamanı onun qarşısını almaq istəyən mühafizəçiyə üzərində gəzdirdiyi bıçaqla xəsarət yetirib.

O, Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə ittiham olnub.

Son xəbərlər

Orphus sistemi