Yuxarı
    Bağlamaq

    ​Quldurluqda təqsirləndirilən keçmiş məhkuma hökm oxunub

    O, 9 il müddətinə azadlıqdan məhrum edilib

    Bakı. 10 may. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən İmamverdi Mirzəyevin cinayət işi üzrə məhkəmə başa çatıb.

    "Report"un məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə İ.Mirzəyev 9 il müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, quldurluq hadisəsi bu il fevralın 1-də Xırdalanda baş verib. Əvvəllər məhkumluq həyatı yaşamış İ.Mirzəyev Xırdalan şəhər sakini Azər Məmmədovun qarşısını küçədə kəsərək, ondan pul verməsini tələb edib. Daha sonra A.Məmmədov ona pulunun olmadığını bildirib. İ.Mirzəyev hadisə yerindən qaçıb.

    A.Məmmədov Abşeron Rayon Polis İdarəsinə müraciət edib. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən İ.Mirzəyev həbs edilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi