Quldurluq yolu ilə şirkətdən 60 min dollar aparan şəxslər apellyasiya şikayəti verib

Quldurluq yolu ilə şirkətdən 60 min dollar aparan şəxslər apellyasiya şikayəti verib Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas mayın 3-nə təyin edilib
Hadisə
2 May , 2016 09:28
Quldurluq yolu ilə şirkətdən 60 min dollar aparan şəxslər apellyasiya şikayəti verib

Bakı. 2 may. REPORT.AZ/ Bakıda quldurluqda təqsirləndirilən Azad Həziyev, Nicat Xəlilov və Akşin Mustafayev barələrində olan hökmdən apellyasiya şikayəti verib.

"Report"un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas mayın 3-nə təyin edilib.

İşə hakim Faiq Qasımovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, quldurluq hadisəsi 2015-ci ilin avqust ayının 28-də saat 04:00 radələrində baş verib. Bakı şəhər sakinləri 1993-cü il təvəllüdlü N.Xəlilov, A.Mustafayev və A.Həziyev paytaxtın R.Quliyev küçəsində yerləşən “Qara çay” tikinti şirkətinin gözətçi otağına maskalanaraq daxil olub, orada gözətçi işləyən 1948-ci il təvəllüdlü Zina Bəşirovanı bıçaqla hədələyib əl-qolunu bağlayıb, içərisində 60 min ABŞ dolları və şirkətə məxsus sənədlər olan seyfi quldurluq yolu ilə ələ keçiriblər. Hadisədən sonra Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N.Xəlilov, A.Mustafayev və A.Həziyev R.Quliyev şübhəli şəxs qismində saxlanılıb.

Bu il mart ayının 11-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Mustafayev və N.Xəlilovun hər biri 14 il, A.Həziyev isə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayətləri verib.

Son xəbərlər

Orphus sistemi